...

NATO-nun istənilən şəkildə genişlənməsi qeyri - faydalıdır - Vladimir Putin

Dünya xəbərləri Materials 28 İyun 2008 23:28 (UTC +04:00)
NATO-nun istənilən şəkildə genişlənməsi qeyri - faydalıdır - Vladimir Putin

NATO-nun istənilən şəkildə genişlənməsi qeyri ї faydalıdır və yeni vəzifələri həll etmir. Bunu Rusiyanın baş naziri Vladimir Putin ukraynalı həmkarı Yuliya Timoşenko ilə görüşdən sonra deyib. "NATO-nun istənilən şəkildə genişlənməsi kollektiv təhlükəsizlik baxımdan qeyri-faydalıdır. Bu, proses yeni təhlükələrin qarşısını almaq iqtidarında deyil, əksinə yeni bölgülər yaradır", - deyə Putin vurğulayıb.

Bundan əlavə Putin bəyan edib ki, Rusiya Ukraynaya satılan qazın qiymətlərinin Avropa standartları ilə tənzimlənməsinə tərəfdar çıxış edir. O həmçinin qeyd edib ki, hazırkı mərhələdə Ukraynanın qaza görə Rusiya qarşısında borcu yoxdur. ( İTAR-TASS)

Xəbər lenti

Xəbər lenti