...

ATƏT-ə sədrlik Qazaxıstana brendini möhkəmləndirmək imkanı verəcək – ATƏT sədri

Dünya xəbərləri Materials 2 İyul 2008 19:47 (UTC +04:00)

Qazaxıstan, Astana, 02 iyul / Trend , müxbir K. Konırova/ 2010-cu ildə ATƏT-ə sədrlik Qazaxıstana beynəlxalq arenada öz brendini möhkəmləndirmək imkanı verəcək .Bu barədə çərşənbə günü ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb bildirib.

"Qazaxıstan Mərkəzi Asiyada böyük və starateji cəhətdən mühüm ölkədir", - deyə Stubb ATƏT-in PA-nın Astanada keçirilən 17-ci sessiyasının plenar iclasında çıxış edərkən bildirib.

ATƏT-in işi ilə əlaqədar o qeyd edib ki, ATƏT yaradılan zaman ona 32 ölkə daxil idi, indi isə 30 ildən çox müddət ərzində, onun tərkibinə 66 ölkə daxil olub. "ATƏT-ə sədrlik edəcək növbəti ölkə təşkilat yaradılan zaman müstəqil deyildi və bu, ATƏT-in bu gün dünyada baş verən dəyişikliklərə açıq olmasına və təşkilatın daima inkişaf etməsinə sübutdur", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti