...

Bişkekdə təyyarə qəzası nəticəsində xəsarət alan uşaqlar şəhər meriyasının hesabına müalicə-bərpa kursları keçəcəklər

Dünya xəbərləri Materials 25 Avqust 2008 14:32 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 avqust/ Trend , R.Мəşədihəsənli/ Bişkek səmasında təyyarə qəzası nəticəsində xəsarət alan uşaqlar şəhər meriyasının hesabına müalicə-bərpa kursları keçəcəklər.

Qırğızıstan Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Yelena Bayalinovanın Trend müxbirinə verdiyi məlumata görə, hazırda Bişkekdəki Elmi-Təcrübi Travmatologiya və Ortopediya Mərkəzində 5 nəfər həddi-buluğa çatmayan müalicə alır. 4 uşağın səhhəti qənaətbəxşdir, 1 nəfərin vəziyyəti isə həddindən artıq ağırdır.

Bişkek şəhər meri Nəriman Tüleyev bu səhər jurnalistlərə bildirib ki, stasionar müalicələrini başa vurduqdan sonra, təyyarə qəzası nəticəsində xəsarət alan uşaqlar şəhər meriyasının hesabına müalicə-bərpa kursları keçəcəklər

Xəbər lenti

Xəbər lenti