Ukrayna, Kiyev, 19 sentyabr/ Trend , müxbir Z.Novosvitski/Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə rəhbəri Viktor Yuşşenkonun və Donald Tuskun görüşünün əsas mövzusu 2012-ci ildə futbol üzrə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına hazırlıq olub. Yuşşenko əminliyini bildirib ki, yaxın günlərdə UEFA-nın Strateji Şurası Ukrayna və Polşanın Avro-2012-yə gələcək hazırlğı barədə "müsbət qərar"qəbul edəcək.
Ukrayna prezidenti və Polşanın Baş naziri Ukrayna və Polşanın sərhdəyanı rayonlarının əhalisini maneəsiz əlaqə ilə təmin edəcək kiçik sərhədyanı hərəkətin təkmilləşdirilməsi məsələsinə də xüsusi diqqət yetiriblər.
Ukrayna Baş naziri Yuliya Timoşenko və Tuskun görüşündə də Avro-2012-yə hazırlıq barədə söhbət gedib.
Ukrayna rəhbərliyi Polşa Baş nazirinə ölkənin qərb regionlarında baş vermiş daşqınların nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib.