Azərbaycan, Bakı, 5 oktyabr / Trend / ABŞ dövlət katibi Kondoliza Rays bazar günü Qazaxıstana bir günlük səfər edəcək. Bu barədə İTAR-TASS agentliyi Qazaxıstan XİN-in mətbuat xidmətinə istinadla xəbər verib.
Səfər zamanı Rays Qazaxıstan prezidenti Nursultan Nazarbayev, baş nazir Kərim Məsimov və xarici işlər naziri Marat Tajinlə görüşlər keçirəcək.
Tərəflər ikitərəfli və regional əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.
ABŞ dövlət katibi Astanaya Hindaistan səfərindən sonra gəlir. Xatırladaq ki, səfər zamanı Kondoliza Rays Hindistan prezidenti Pranabom Mukerdji ilə keçiridiyi görüşdə iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair müqavilərinin imzalanması perspektivlərini müzakirə edib.