...

"Kadima" və "Avoda" hökumətin formalaşdırılması üzrə koalisiya sazişinin hazırlanmasını başa çatdırıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2008 12:29 (UTC +04:00)
"Kadima" və  "Avoda" hökumətin formalaşdırılması üzrə koalisiya sazişinin hazırlanmasını başa çatdırıb

Bazar etrəsi güngüz "Kadima" və Əmək Partiyasının nümayəndələri iki tərəf arasında koalisiya sazişinin hazırlanma prosesini başa çatdırıblar. Bu barədə "Ynet" agentliyi xəbər verir. Əldə edilən razılaşmaya əsasən, "Avoda" İsrailin hazırkı xarici işlər naziri Tsipi Livninin rəhbərlik edəcəyi gələcək hökumətdə "Kadima"nın əsas tərəfdaşı olacaq. Knessetin "Kadima" və "Avoda"dan olan nümayəndələri Tsaxi Aneqbi və Efi Oşaya 17 saatlıq danışıqlar marafonundan sonra saziş imzalayıblar. Gözlənilir ki, Livni və Barak bu ayın sonunda, İsraildə bu il oktyabr ayına düşən bayramların başa çatmasından sonra sazişin formal variantını imzalayacaqlar.

Müqavilə layihəsinə əsasən, Barak Nazirlər Kabinetinin işlərinə aid məsələlərə, həmçinin Suriya və Fələstin Administrasiyası ilə müqavilələrə təsir göstərmək qüvvəsinə malik olacaq. "Layihənin xülasəsində ən əsas məqam Nazirlər Kabinetnin heç bir qərarının Barak tərəfindən dəstək və razılıq olmadan qəbul edilə bilməməsi bəndinin olması ilə bağlıdır", - deyə Əmək Partiyası liderinin köməkçilərindən biri bildirib.

Danışıqlar posesini yubadan sonuncu maneə ali təhsil sisteminin dövlət tərəfindən maliyyələşdirilməsi mövzusu ilə bağlı müzakirələr olub. "Avoda" universitetlərdə təhsil haqlarının artırılmamasını tələb edib, eyni zamanda, Maliyyə Nazirliyi bunun üçün alternativ maliyyə mənbələrinin tapılmasını xahiş edir. Livni alternativ vasitələrin axtarılması fikrini dəstəkləyir.

Dünən Barak da bildirib ki, onun partiyasının koalisiyaya qoşulmaya dair razılığı məhkəmə icraatlarının məhdudlaşdırılması mövqeyindən çıxış edən ədliyyə nazirinin fəaliyyətinin məhdudlaşdırılmasından asılı olacaq. Barak "İsraildə qanunun aliliyinə məsuliyyətsiz hücumlara son qoyacaq müqavilə"nin bağlanmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti