...

Donorların konfransında Gürcüstan yardıma ehtiyatcı olan istiqamətləri təqdim edə biləcək

Dünya xəbərləri Materials 17 Oktyabr 2008 20:28 (UTC +04:00)

Tbilisi, Gürcüstan, 17 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Oktyabrın 22 - nə təyin edilən donorların konfransında Gürcüstan avqust hadisələrindən sonra əlavə beynəlxalq maliyyə ehtiyatının cəlb edilməsinə ehtiyacı olan istiqamətləri təqdim edə biləcək. Məlum olduğu kimi, Rusiyanın işğalı nəticəsində ölkəyə vurulmuş zərər hesablanıb və onun həcm 3 mlrd. dollara çatır.

Gürcüstanın iqtisadi inkişaf naziri Yekaterina Şaraşidze jurnalistlərlə söhbətində bildirib ki, bir tərəfdən, birbaşa zərər, digər tərəfdən, infrastrukturun bərpası və iqtisadiyyatın inkişafına yardım üçün sərf ediləcək vəsaitlər hesablanıb. Onun sözlərinə görə, 1 mlrd. dollar sosial layihələr və qaçqınların məişət şəraitinin təmin olunmasına sərf ediləcək, 2 mlrd. isə, iqtisadiyyatın gələcək inkişafı üçün sərmayələr qismində istifadə olunacaq.

Avqust hadisələrindən sonra ABŞ, Gürcüstana 1 mlrd. dollar yardım ayırmaq haqqında qərar qəbul edib. Öz növbəsində, Avropa İttifaqı 500 mln. avro yardım ayırıb. Nazirin sözlərinə görə, donorların konfransında yeni mənbələrin cəlb edilməsi haqqında söhbət gedəcək. "Bizim yardım istəməyimiz üçün bu vəsaitlərin nəyə sərf ediləcəyi barədə sənədlər təqdim etmək lazım idi", - Şaraşidze bəyan edib. Onun sözlərinə görə, pulların tələb olunduğu hesablamalar artıq aparılıb.

Xəbər lenti

Xəbər lenti