...

Kiyevdə naməlum şəxs mehmanxananı partlatmaqla hədələyib

Dünya xəbərləri Materials 30 Oktyabr 2008 21:36 (UTC +04:00)

Ukrayna, Kiyev, 30 oktyabr/ Trend müxbir Z.Novosvitski/ Bu gün Kiyevədə naməlum kişi şəhərin Peçera rayonunda yerləşən "Salyut" mehmanxanasını partlaдаcağı ilə hədələyib.

Ukrayna DİN-in Baş İdarəsinin İctimai Əlaqələr Mərkəzinin (İƏM) verdiyi xəbərə görə, səhər Kiyevdə naməlum şəxs bu mehmanxana yaxınlığında yerləşən taksofonda "02"yə zəng edərək partlayıcı qurğunun saat 12.00-da işə düşəcəyini bildirib.

Əməliyyat-istintaq və partlayış qrupları mehmanxananın binasını yoxlayaraq partlayıcı aşkar etməyiblər. Saat 12.20-dən mehmanxana adi rejimdə işləməyə başlayıb. İƏM-dən qeyd ediblər ki, bina personal və sakinlər köçürülmədən yoxlanılıb.

"İnformatorun" şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti