...

Türkiyə azərbaycanlı qardaşlarının kədərləndirəcək heç bir addım atmayacaq - baş nazir

Dünya xəbərləri Materials 1 May 2009 03:03 (UTC +04:00)

Aprel ayında Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması yolunda addımlar atdı, lakin bəzi qüvvələr bunu Türkiyə ilə qardaş Azərbaycan arasında ziddiyətlər yaranmasından ötrü istifadə etməyə çalışdılar, deyə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan xalqa müraciətində bəyan etdi. Bunu Türkiyənin Show telekanalı bildirdi.    

"Biz daim Azərbaycanın problemlərini diqqət mərkəzində saxlayırıq. Biz azərbaycanlı qardaşlarımızı kədərləndirəcək heç bir addım atmarıq. Əksinə beynəlxalq aləmdə Azərbaycanın problemlərinin həlli yolunda biz daim məsələləri qaldırırıq", deyə Ərdoğan bildirdi.

Türkiyənin baş naziri bəyan etdi ki, Azərbaycanda arxayın olmalıdırlar ki, rəsmi Ankara Azərbaycan əleyhinə addım atmayacaq və bu fikirlərlə o Türkiyədə səfərdə olan müdafiə naziri Səfər Əbiyevlə bölüşüb.  

Xəbər lenti

Xəbər lenti