Roma papası XVI Benedikt İordaniyaya ilk dəfə səfər edib. Bu barədə "əl-Ürdüniyyə" İordaniya Krallıq Televiziyası xəbər verib.
Hava limanında onu İordaniya Kralı II Abdulla və onun xanımı Ranya, həmçinin krallığın yüksək çinli şəxsləri qarşılayıblar.
İordaniya, pontifikin səfər etdiyi ilk müsəlman ölkəsidir.
Vatikan rəhbərinin planlarına Fələstindəki müqəddəs yerlərin ziyarəti də daxildir.