...

Kubada insanın A/H1N1 virusuna yoluxmasına dair ilk fakt qeydə alınıb

Dünya xəbərləri Materials 12 May 2009 06:47 (UTC +04:00)
Kubada insanın A/H1N1 virusuna yoluxmasına dair ilk fakt qeydə alınıb

Kubada insanın A/H1N1 virusuna yoluxmasına dair ilk fakt qeydə alınıb. Bu haqda Röyters agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Xəbərə görə, A/H1N1 virusu Meksikadan olan tələbədə aşkarlanıb. Xəstənin durumu haqda ətraflı bilgi verilmir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, A/H1N1 virusu Argentina, Avstraliya, Avstriya, Braziliya, Çin, Kolumbiya, Danimarka, Salvador, Fransa, Almaniya, Qvatemala, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Panama, Polşa, Portuqaliya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti