...

Türkiyənin BMT-dəki nümayəndəsinin səlahiyyət müddəti başa çatıb

Dünya xəbərləri Materials 2 İyul 2009 13:52 (UTC +04:00)

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Baki İlkin çərşənbə günü iclas keçirib. İclasda onun BMT-dəki səlahiyyət müddətinin başa çatması, həmçinin BMT Təhlükəsizilik Şurasında Türkiyənin sədrliyi təhvil verməsi məsələləri müzakirə olunub. Bu barədə  The Journal of Turkish Weekly jurnalı xəbər verir.

Türkiyə nümayəndəsi İlkinin vida mərasimi Türkiyənin Nyu-Yorkdakı "Turk Evi" mərkəzində  keçirilib. Görüşdə həmçinin sədrliyin Türkiyədən  Uqandaya təhvil verilməsi məsələsi də müzakirə olunub.

Türkiyə növbəti ildə də BMT-nin Təhlükəszilik Şurasına sədrlik edəcək.

Türkiyənin BMT-dəki yeni səfirinin adı açıqlanmır.

Xəbər lenti

Xəbər lenti