...

"5+1" ölkələri üçün yeni təkliflər paketi hazırlanıb - Əhmədinejad

Dünya xəbərləri Materials 7 Sentyabr 2009 13:04 (UTC +04:00)
İran Prezidenti bildirib ki, rəsmi Tehran "5+1" ölkələri üçün yeni təkliflər paketi hazırlayıb. "Biz hörmət və ədalət gözlənilmklə Qərblə müzakirələrə hazırıq", - deyə İran Prezidenti Mahmud Əhmədinejad sentyabrın 7-də İran xəbər telekanalı ilə (İRİNN) canlı yayımlanan mətbuat konfransında bildirib.
"5+1" ölkələri üçün yeni təkliflər paketi hazırlanıb - Əhmədinejad

İran Prezidenti bildirib ki, rəsmi Tehran "5+1" ölkələri üçün yeni təkliflər paketi hazırlayıb.

"Biz hörmət və ədalət gözlənilməklə Qərblə müzakirələrə hazırıq", - deyə İran Prezidenti Mahmud Əhmədinejad sentyabrın 7-də İran xəbər telekanalı ilə (İRİNN) canlı yayımlanan mətbuat konfransında bildirib.

Əhmədinejad bildirib ki, hazırlanan təkliflər paketi "beynəlxalq problemlərin tanınması və həlli" ilə bağlıdır. Onun sözlərinə görə, İran beynəlxalq prinsiplərdə müsbət dəyişikliklərin edilməsi istiqamətində "5+1" ölkələri ilə müzakirələrə hazırdır.

Əhmədinejad BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (5+1ölkələri) ilə müzakirələrin çərçivəsi haqda bildirib ki, əsasən, sülhməramlı nüvə enerjisindən dünyanın bütün ölkələrinin istifadə etmək imkanı, nüvə silahının yayılmasının qarşısının alınması, habelə nüvə silahı olan ölkələrin tərkislah edilməsi barədə müzakirələrə hazırdırlar.

"5+1" ölkələri indiyədək İrana iki dəfə təkliflər paketi təqdim edib. Qərb İranın nüvə proqramına şübhə ilə yanaşır. Barak Obama sentyabr ayının sonunadək "5+1" ölkələrilə müzakirələrə başlamaq və nüvə proqramını şəffaflaşdırmaq üçün İrana fürsət verib, əks təqdirdə, ona qarşı yeni iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı bildirilib.

Əhmədinejad bildirib ki, İrana ultimatum vermək "hörmət və ədalət" prinsipinə ziddir. O, rəsmi Tehranın "5+1" ölkələrindən əlavə, bəzi digər ölkələrə də təkliflər paketi hazırladığını deyib.

BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün ona qarşı 5 qətnamə və 3 sanksiya qəbul edib.

Əhmədinejad bir daha bildirib ki, nüvə proqramı İran xalqının haqqıdır və bu proqram dayandırılmayacaq.

Xəbər lenti

Xəbər lenti