...

İran "düşmənləri" "çirkli əllərini" Suriya və İraqdan çəkməyə çağırır – Prezident

Dünya xəbərləri Materials 7 Sentyabr 2009 14:59 (UTC +04:00)

"İran "düşmən ölkələrə" Suriya və İraq arasında düşmənçilik yaymağı, eləcə də regionda sabitlik yaradılmasına mane olmağı dayandırmağı məsləhət görür", - ölkə Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi mətbuat konfransında jurnalistlərə deyib, İRİNN telekanalı məlumat verib.

"Bu ölkələr (Suriya və İraq) arasında fikir ayrılığının olması düşmənlərin məqsədidir. Suriya və İraqın münasibətlərinin normallaşmasına mane olan ölkələrə "çirkli əllərini" regiondan çəkməyi məsləhət görürəm", - o deyib.

Son zamanlar Suriya ilə İraq arasında münasibətlər İraq hökumətinin Dəməşqin ünvanına ölkədə təhlükəsizliyi pozmaq ittihamlarından sonra nəzərəçarpacaq dərəcədə pisləşib.

İraqın Baş naziri Nuri əl-Maliki Suriyanı avqustun 19-da Bağdadda baş verən iki güclü terror aktının təşkilatçılarını gizlətməkdə ittiham edib.

Lakin Dəməşq iştirakını inkar edir.

İranın xarici işlər naziri Mənuçöhr Mütəkki ötən həftənin əvvəlində Dəməşqə səfər edib, orada ölkəsinin Suriya-İraq ziddiyyətinin həllində vasitəçi kimi çıxış etməyə hazır olduğunu söyləyib. Eyni zamanda, Türkiyə iki ərəb ölkəsinin barışığında yeganə rəsmi iştirakçı olub.

İraqın Baş naziri əl-Maliki Bağdaddakı terror aktlarının araşdırılması üçün beynəlxalq tribunalın yaradılması tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Prezidentin sözlərinə görə, "İranın həm Suriya, həm də İraqla eyni münasibətləri var, lakin region ölkələr arasında daxili ziddiyyətin olması xarici qüvvələrin məqsədidir".

"Siz (ABŞ) altı il ərzində regionda nəyə nail olmusunuz? İraq xalqının nifrətindən başqa heç nəyə", - Əhmədinejat deyib.

Xəbər lenti

Xəbər lenti