...

İran Siccil raketlərinin yeni nəslini istehsal edəcək - İranın Sepah Korpusunun HHQ komandiri

Dünya xəbərləri Materials 29 Sentyabr 2009 13:00 (UTC +04:00)
İranın Sepah Korpusunun Hərbi Hava Qüvvələri (HHQ) komandiri Hüseyn Səlami bildirib ki, Siccil raketlərinin yeni nəsli istehsal ediləcək.
İran Siccil raketlərinin yeni nəslini istehsal edəcək - İranın Sepah Korpusunun HHQ komandiri

İranın Sepah Korpusunun Hərbi Hava Qüvvələri (HHQ) komandiri Hüseyn Səlami bildirib ki, Siccil raketlərinin yeni nəsli istehsal ediləcək. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Səlami bildirib ki, Siccil raketləri qabaqcıl raketlərdəndir və bərk yanacaqla uzaq məsafəyə uçmaq imkanına malikdir. "Raket uzaqməsafəlidir. Ona görə Siccil raketləri İran Silahlı Qüvvələrində indiyədək olan ən qabaqcıl silahdır", - Səlami bildirib.

O əlavə edib ki, raketin naviqasiya gücü, itələmə, izləmə sistemləri yenilənir. "Yaxın gələcəkdə Siccil raketlərinin yeni nəsli istehsal olunaraq sınaqdan keçiriləcək", - deyə Səlami deyib.

İran sentyabrın 28-də hərbi təlimlər çərçivəsində Şahab-3, Siccil raketinin sınağını keçirib. İran bu sınaqları Qərb dövlətləri ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda təşkil edib. Amerika, Fransa və Britaniya uranı zənginləşdirməyi dayandırmadığı üçün İranı yeni sanksiyalarla hədələyiblər.

Xəbər lenti

Xəbər lenti