...

Ermənistan Prezidenti Türkiyəyə futbol matçına gələcək

Dünya xəbərləri Materials 12 Oktyabr 2009 13:36 (UTC +04:00)

Ermənistan Prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyədə Futbol üzrə Dünya Çempionatı çərçivəsində iki ölkənin yığmaları arasında keçiriləcək futbol matçına gələcək, bu barədə CNN Turk xəbər verib.

Sarkisyanın səfəri şənbə günü Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan ikitərəfli münasibətlərin normallaşdırılmasına dair protokolların fonunda keçəcək.

Protokolların qüvvəyə minməsi üçün Türkiyə və Ermənistan parlamentləri onları təsdiqləməlidir.

Öncə Türkiyə KİV-i xəbər vermişdi ki, artıq Ermənistanın futbol yığması matçın keçiriləcəyi Bursa şəhərinə gəlib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyə hökuməti bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, protokol Türkiyə Parlamentində təsdiqlənməyəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti