...

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması hələ futbol matçına qədər başlamışdı -Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 15 Oktyabr 2009 11:25 (UTC +04:00)
Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi hələ hər iki ölkə yığması arasında keçirilən futbol matçına qədər başlamışdı, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan İraqa səfərindən öncə jurnalistlərə deyib, CNN Türk telekanalı məlumat verib.
Türkiyə-Ermənistan əlaqələrinin normallaşması hələ futbol matçına qədər başlamışdı -Türkiyənin Baş naziri

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi hələ hər iki ölkə yığması arasında keçirilən futbol matçına qədər başlamışdı, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan İraqa səfərindən öncə jurnalistlərə deyib, CNN Türk telekanalı məlumat verib.

Türkiyə və Ermənistan yığmaları arasında 2010-cu il Dünya Çempionatının seçmə turunun son matçı ev sahiblərinin 2:0 hesablı qələbəsilə sona çatıb.

Türkiyə yığması görüşün 18-ci dəqiqəsində Altıntopun dəqiq baş zərbəsilə vurduğu topla hesabı açıb. 29-cu dəqiqədə müdafiəçi Sərvət Çətin vurduğu topla hesabı 2:0-a çatdırıb.

İki ölkənin yığması arasında keçirilən matç Bursanın Atatürk stadionunda keçirilib.

Türkiyə və Ermənistan prezidentləri də matçı izləyiblər. Matçda həmçinin UEFA-nın prezidenti Mişel Platin də iştirak edib. Matç 400 yerli və beynəlxalq mətbuat nümayəndəsi tərəfindən işıqlandırılıb, 12 telekanal isə matçı canlı yayımlayıb.

"Erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Ermənistan Prezidenti Sarkisyanın gəlişi çox vacib amildir", - Türkiyənin Baş naziri deyib.

"Mən hesab edirəm ki,oyun sülh atmosferində keçib və türk xalqının qonaqpərvərliyi Ermənistanı təəccübləndirb", - Ərdoğon deyib.

Onun sözlərinə görə, Bursa əhalisi türk xalqı ilə hökumət arasındakı birliyi nümayiş etdirib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılması haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti