...

Türkiyənin XİN rəhbəri və dövlət naziri İraqa səfər edəcək

Dünya xəbərləri Materials 30 Oktyabr 2009 10:25 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan cümə günü İraqa yola düşəcək, Anadolu xəbər verir.
Türkiyənin XİN rəhbəri və dövlət naziri İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan cümə günü İraqa yola düşəcək, Anadolu xəbər verir.

Türkiyəli biznesmenlərdən ibarət böyük nümayəndə heyəti Bəsrə, İrbil və Mosuldakı danışıqlar zamanı nazirləri müşayiət edəcək.

Çağlayan bu şəhərlərdə keçiriləcək biznes-forumlarda iştirak edəcək, həmçinin İraq hakimiyyəti ilə danışıqlar aparacaq.

Davudoğlu və Çağlayan Türkiyənin İraqdakı yeni baş konsulluqlarının açılması mərasimlərində iştirak etməlidirlər.

Türkiyə nümayəndə heyəti İraqdan şənbə günü qayıdacaq. Çağlayan elə həmin gün türkiyəli biznesmenlərdən ibarət başqa bir nümayəndə heyəti ilə CAR-a (Cənubi Afrika Respublikası) səfər edəcək.

Xəbər lenti

Xəbər lenti