İranın müdafiə naziri Əhməd Vəhidi bildirib ki, Müdafiə Nazirliyi yeni eskadra mina gəmisi (esmines) istehsal edib və yaxın günlərdə Silahlı Qüvvələrin balansına veriləcək. Bu barədə İran televiziyasının rəsmi saytı "İribnews" məlumat yayıb.
Vəhidi əlavə edib ki, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün yeni texnikalar istehsal edilərək istifadəyə verilib. Vəhidi yeni texnikaların adlarını açıqlamayıb.