...

Türkiyə Ermənistanı Cənubi Qafqazda stabilliyin əldə olunmasına çağırır

Dünya xəbərləri Materials 3 Dekabr 2009 13:13 (UTC +04:00)
Türkiyənin Ədalət və İnkişaf Partiyasının xarici siyasət üzrə sədr müavini Suat Kınıklıoğlu çərşənbə günü Ermənistanı Cənubi Qafqazda stabilliyin bərqərar olunmasına dair regional perspektivlərə nail olmağa çağırıb.
Türkiyə Ermənistanı Cənubi Qafqazda stabilliyin əldə olunmasına çağırır

Belçıka, Brüssel, 2 dekabr / Trend , müxbir T.Mahmud/

Türkiyənin Ədalət və İnkişaf Partiyasının xarici siyasət üzrə sədr müavini Suat Kınıklıoğlu çərşənbə günü Ermənistanı Cənubi Qafqazda stabilliyin bərqərar olunmasına dair regional perspektivlərə nail olmağa çağırıb.

Cənubi Qafqazda "dondurulmuş" münaqişələrin kvo-statusu dəyişməz qalır ki, 2008-ci ilin avqustunda, Rusiya ilə Gürcüstan arasında silahlı münaqişə baş verən zaman bu aydın göründü, Kınıklıoğlu Ermənistan Prezidentinin baş məsləhətçisi İqen Sarqsyan ilə ictimai debat zamanı deyib.

"Alman Marşal Fondu" (ABŞ) "Avropanın dostu Ermənistan" (EuFoA) və Strateji Kommunikasiya Mərkəzi (Stratim) ilə birlikdə Ermənistan-Türkiyə münasibətlərində baş verən hadisələrin əhəmiyyəti və onların Avroatlantik cəmiyyətə təsiri barədə diskussiya təşkil edib.

Kınıklıoğlu oktyabrda Türkiyə və Ermənistan arasında imzalanan hər iki protokolun ratifikasiyasını və iki ölkə arasındakı proseslərin normallaşdırılmasını "çox incə prosses" adlandırıb.

Həmçinin Türkiyə Parlamentinin Xarici İşlər Komitəsinin mətbuat katibi olan Kınıklıoğlu protokolların ratifikasiyası prosesinin uzun zaman çəkəcəyini düşünür.

Onun fikrincə, Türkiyə və Ermənistan arasındakı normallaşma prosesi qətidir və hökümətlərarası münasibətləri dəyişməlidir. Həm Türkiyə və Ermənistan arasında son aylar baş verənlər, həm də bu cəhdlərin davam etdirilməsi bütün regiona çox müsbət təsir edir.

Sarqsyan münasibətlərin qurulması və sərhədlərin açılmasına dair iki protokolun ratifikasiyası prosesinin 2010-cu il yanvarın sonuna kimi Türkiyə Parlamenti tərəfindən sona çatdırılmasının vacibliyini qeyd edib.

O, protokolların ratifikasiyası və Dağlıq Qarabağ məsələsi arasında Türkiyənin hər hansı bir əlaqə yarada bilməsini təkzib edib və bildirib ki, bu məsələ Ermənistan Prezidenti və Türkiyənin Baş naziri ilə birbaşa danışıqlara və ya iki protokola daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti