...

İran və Yaponiya ikitərəfli əlaqələrin vacibliyini vurğulayıblar

Dünya xəbərləri Materials 23 Dekabr 2009 15:25 (UTC +04:00)
İranın Ali Milli Təhlükəsilik Şurasının katibi Səid Cəlili və Yaponiya Parlamentinin spikeri Takaxiro Yokomiçi Tehran və Tokio arasındakı hərtərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə çağırıblar.
İran və Yaponiya ikitərəfli əlaqələrin vacibliyini vurğulayıblar

İranın Ali Milli Təhlükəsilik Şurasının katibi Səid Cəlili və Yaponiya Parlamentinin spikeri Takaxiro Yokomiçi Tehran və Tokio arasındakı hərtərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə çağırıblar. Fars agentliyi bu haqda məlumat yayıb.

Görüş zamanı Yokomiçi iki ölkə arasında bütün sahələrdə, xüsusilə də parlament səviyyəsində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Yaponiyalı spiker həmçinin İranın Yaxın Şərqdə əhəmiyyətini vurğulayaraq deyib ki, "Əfqanıstanın bərpa edilməsi məsələsində İran və Yaponiya arasındakı əməkdaşlıq regionda stabillik və təhlükəsizliyin qurulmasında önəmlidir".

İranın nüvə proqramı üzrə danışıqlarında əsas nümayəndəsi olan Cəlili yüksək vəzifəli yaponiyalı məmurlarla görüşmək üçün bazar günü Tokioya gəlib.

Xəbər lenti

Xəbər lenti