Somali dəniz quldurları Böyük Britaniya bayrağı altında üzən gəmini ələ keçiriblər. Bu barədə şənbə günü Reuters agentliyi Bolqarıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, Ancient Glory gəmisini Bolqarıstan ekipajı idarə edib. Dəniz quldurları cümə günü axşam Somali sahillərindən təxminən 600 mil şərqdə gəmiyə hücum ediblər. RİA Novosti yazır.