...

Türkiyə Yəməndə sülhün bərqərar olması üçün ondan asılı olan hər şeyi edir – XİN rəhbəri

Dünya xəbərləri Materials 5 Yanvar 2010 12:45 (UTC +04:00)
Türkiyə Yəməndə sülhün və stabilliyin bərqərar olması üçün bütün mümkün qüvvələrini sərf etməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT-2 telekanalına müsahibəsində deyib.
Türkiyə Yəməndə sülhün bərqərar olması üçün ondan asılı olan hər şeyi edir – XİN rəhbəri

Türkiyə Yəməndə sülhün və stabilliyin bərqərar olması üçün bütün mümkün qüvvələrini sərf etməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT-2 telekanalına müsahibəsində deyib.

Davudoğlu bildirib ki, Yəmən böyük strateji əhəmiyyətə malikdir və orada baş verən toqquşma daha geniş ərazilərə yayıla bilər, belə ki, bu, dinlərarası xarakterə malikdir. Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün yəmənlı həmkarı Əli Abdulla Salehlə telefon danışığı aparmasını bildirərək deyib ki, Türkiyə Yəmənda baş verən hadisələri izləyir.

Çərşənbə axşamı Yəmən paytaxtı Sənada ABŞ səfirliyi öz işini bərpa edib. "Əl-Qaidə" tərəfindən xarici nümayəndələrin ünvanına təhdid edildiyinə görə səfirliyin bağlanması barədə qərar qəbul edilmişdi.

Birləşmiş Ştatların ardınca Fransa, Böyük Britaniya və Yaponiya da Yəməndəki səfirliklərinin fəaliyyətini dayandırıb.

ABŞ dövlət katibi Hillari Klinton Qətərin xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib ki, Yəməndəki vəziyyət regionda və bütün dünyada stabilliyi və təhlükəsizliyi təhdid edir.

Klintonun bəyannaməsi ABŞ Administrasiyasının 2010-cu maliyyə ilində Yəmənə ayrılmış 63 milyon dollar maliyyə yardımının 56 faiz artırılması qərarı fonunda səslənib. ABŞ Dövlət Departamentinin nümayəndəsi həmçinin dəqiqləşdirib ki, göstərilmiş məbləğ "1206 fond" adlandırılan fonda - cari ildə planlaşdırılmış antiterrorizmə ayrılmış məbləğə daxil deyil.

Xəbər lenti

Xəbər lenti