İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün Liviyaya ikigünlük rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Müttəkini səfər zamanı yüksəkçinli şəxslərdən ibarət iqtisadi və siyasi nümayəndə heyəti müşayiət edəcək. Müttəki liviyalı həmkarı Musa Kusənin rəsmi dəvəti ilə bu ölkəyə səfər edir.
Müttəkinin səfər zamanı Liviyanın müxtəlif dövlət strukturlarının nümayəndələri ilə görüşləri olacaq ki, bu görüşlər zamanı da iki ölkə arasında münasibətlərin inkişafına dair geniş spektrli məsələlər müzakirə olunacaq.