...

Tehranda radioaktiv şüalanma mövzusu araşdırılır - İran deputatı

Dünya xəbərləri Materials 5 Fevral 2010 16:55 (UTC +04:00)
Bakıda səfərdə olan İran Parlamentinin səhiyyə komissiyasının üzvü Əbdülcabbar Kərəmi bildirib ki, Tehran şəhərində radioaktiv şüalanma mövzusu araşdırılır, lakin indiyədək bu şüalanmanın təhlükəli olması ilə bağlı konkretyazılı məlumat daxil olmayıb.
Tehranda radioaktiv şüalanma mövzusu araşdırılır - İran deputatı

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir T.Cəfərov/

Bakıda səfərdə olan İran Parlamentinin səhiyyə komissiyasının üzvü Əbdülcabbar Kərəmi bildirib ki, Tehran şəhərində radioaktiv şüalanma mövzusu araşdırılır, lakin indiyədək bu şüalanmanın təhlükəli olması ilə bağlı konkret yazılı məlumat daxil olmayıb.

"Həm Telekommunikasiya, həm də Səhiyyə nazirliklərindən tələb etmişik ki, bununla bağlı öz araşdırmalarını parlamentin səhiyyə komissiyasına təqdim etsinlər, lakin hələlik bizə heç bir yekun məlumat daxil olmayıb", - Kərəmi Trend -a bildirib.

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) xarici telekanalların İranda yayımının qarşısını almaq üçün Tehranın bir neçə yerində operator quraşdırıb. İki ay bundan əvvəl İranın İLNA agentliyi radioaktiv şüalanmanın ciddi xəstəliklərə səbəb olması və şüalanmadan əziyyət çəkən insanların xəstəxanalara müraciətinin artmasından xəbər vermişdi.

Kərəmi bildirib ki, xarici telekanalların yayımının qarşısını almaq üçün başqa şəhərlərdə də operatorlar quraşdırılıb. "Hazırda şüalanmanın ciddi təhlükəyə səbəb olması ilə bağlı bizdə fakt və sübut yoxdur, lakin bu məsələni araşdırırıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti