...

Xalqın istəyini özünə qayə bilməyən müəllimlər öz məsləklərindən əl çəksinlər - İranın elm, araşdırmalar və texnologiyalar naziri

Dünya xəbərləri Materials 5 Mart 2010 12:51 (UTC +04:00)
İranın elm, araşdırmalar və texnologiyalar naziri Kamran Daneşcu "Vilayəti-Fəqih"dən (Ali Liderlik) və İmam Xomeyninin mirasından söz açaraq, universitet müəllim və tələbələrinin bu dəyərləri özlərinə rəhbər tutmaq vacibliyini qeyd edib.
Xalqın istəyini özünə qayə bilməyən müəllimlər öz məsləklərindən əl çəksinlər - İranın elm, araşdırmalar və texnologiyalar naziri

İranın elm, araşdırmalar və texnologiyalar naziri Kamran Daneşcu "Vilayəti-Fəqih"dən (Ali Liderlik) və İmam Xomeyninin mirasından söz açaraq, universitet müəllim və tələbələrinin bu dəyərləri özlərinə rəhbər tutmaq vacibliyini qeyd edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"Dekabrın 30-u və yanvarın 31-də hökumət tərəfdarlarının geniştərkibli mitinqlərində xalq vilayətə tabe olduğunu nümayiş etdirdi. Bu istəkləri özlərinə qayə bilməyən müəllim və tələbələr məsləklərindən əl çəksinlər", - Daneşcu deyib.

İyunun 12-də İranda keçirilən prezident seçkilərindən öncə, İranın Mərkəzi Seçki Təşkilatının rəhbəri vəzifəsində çalışan Daneşcu əlavə edib ki, bizə tələbələri səmimi-qəlbdən sevən müəllimlər lazımdır. "Tələbələri əsgər, ordu kimi görən müəllimlərə ehtiyacımız yoxdur. Biz bu məsələdə heç kimə güzəştə getməyəcəyik", - o bildirib.

"Mütəxəssislərin yüksək səviyyədə dindar olmasını istəyirik. Bizdə dindar və hökumətə sadiq mütəxəssislərin olmadığını düşünənlər səhv edirlər", - Daneşcu deyib.

Daneşcu universitet müəllimlərinə xəbərdarlıq edərək deyib ki, heç bir universitet müəlliminin tələbələri konstitusiyadankənar məqsədlər üçün toplamağa haqqı yoxdur və buna əməl olunmazsa, qanun çərçivəsində həmin müəllimlər barəsində ölçü götürüləcək.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Mitinq iştirakçılarından yüzlərlə insan həbs olunub. Həbs olunanlardan 10 nəfərə isə edam hökmü çıxarılıb.

Xəbər lenti

Xəbər lenti