...

Türkiyənin Baş naziri Baş Qərargah rəisi ilə görüşüb

Dünya xəbərləri Materials 7 Avqust 2010 10:44 (UTC +04:00)
Cümə günü axşamdan keçmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə Ordusunun Baş Qərargah rəisi İlkər Başbuq arasında görüş keçirilib. Bu barədə CNN Turk telekanalı məlumat verib.
Türkiyənin Baş naziri Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Axundov/

Cümə günü axşamdan keçmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə Ordusunun Baş Qərargah rəisi İlkər Başbuq arasında görüş keçirilib. Bu barədə CNN Turk telekanalı məlumat verib.

Başbuğun evində keçirilən görüş yerli vaxtla saat 22:55-də başlayıb və bir saat davam edib. Görüşdən sonra heç bir bəyanat verilməyib.

Görüş general İlkər Başbuğun təkidi ilə keçirilib.

Türkiyə Prezidenti Abdullah Gül çərşənbə günü axşam Ali Hərbi Şuranın yekunu üzrə Silahlı Qüvvələrin rəhbərliyində yeni təyinatları təsdiqləyib, eyni zamanda o, Baş Qərargah rəisinin və Quru Qoşunları komandanının təyinatına dair əsas kadr sənədini imzalamayıb.

Şura başa çatdıqdan sonra, bir sıra türk KİV-i məlumatlı mənbələrə istinadən xəbər verib ki, Baş Qərargahın yeni rəisi hazırda Quru Qoşunları komandanı İşıq Koşaner olacaq və o, bu vəzifədə avqustun 30-dan pensiyaya çıxacaq general İlkər Başbuğu əvəz edəcək.

Lakin az sonra hərbi idarənin rəsmi məlumatından məlum olub ki, Prezident hələ Baş Qərargahın yeni rəisi ilə bağlı qərarı imzalamayıb. "RİA-Novosti"nin yazdığına görə, yerli analitiklər hesab edirlər ki, bu, Quru Qoşunlarına kimin rəhbərlik edəcəyi ilə bağlı məsələnin hələlik həll olunmaması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti