...

İranın Xobreqan Ekspertlər Məclisi üzvünün oğlu Mehdi Xəzəli həbs olunub

Dünya xəbərləri Materials 14 Oktyabr 2010 16:00 (UTC +04:00)
İranın Xobreqan Ekspertlər Məclisinin üzvü ayətullah Əbülqasim Xəzəlinin oğlu Mehdi Xəzəli həbs olunub.
İranın Xobreqan Ekspertlər Məclisi üzvünün oğlu Mehdi Xəzəli həbs olunub

İranın Xobreqan Ekspertlər Məclisinin üzvü ayətullah Əbülqasim Xəzəlinin oğlu Mehdi Xəzəli həbs olunub. Bu barədə İranın FARS xəbər agentliyi Tehran məhkəməsinə istinadən məlumat verib.

Məlumata əsasən, Mehdi Xəzəli ötən gecə həbs olunub. O, İran rejiminə qarşı əks-təbliğat aparmaqda, yalan məlumatlar yaymaqda ittiham olunur. Mehdi Xəzəli son illər dəfələrlə öz şəxsi bloqunda İran Prezidenti Mahmud Əhmədinejadı tənqid edib. O, Əhmədinejadı yəhudi olduğunu gizlətmək üçün soyadını dəyişməkdə ittiham edib.

Ayətullah Əbülqasim Xəzəli İran İslam Respublikasının Konstitusiyasını hazırlayanlardan biridir. Ayətullah Xəzəli hazırda İranın Xobreqan Ekspertlər Məclisinin üzvüdür. O, bundan əvvəl ölkənin Konstitusiyaya Nəzarət Şurasının da üzvü olub.

Xəbər lenti

Xəbər lenti