...

Polşa Baş nazirinin Türkiyəyə səfəri başlayır

Dünya xəbərləri Materials 8 Dekabr 2010 15:58 (UTC +04:00)

Polşanın Baş naziri Donald Tusk çərşənbə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir. Bu barədə Türkiyənin dövlət telekanalının rus xidməti xəbər verib.

Tusk ikigünlük səfər çərçivəsində Baş nazir Ərdoğanla görüşəcək, bundan başqa iki ölkənin nümayəndə heyətləri danışıqlar aparacaq.

Polşanın Baş nazirini Türkiyə Prezidenti Abdullah Gül qəbul edəcək, bundan sonra Tusk Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinlə görüşəcək.

Səfər zamanı Polşa ilə ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, cari regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti