...

İranda meşə yanğınları çoxalıb

Dünya xəbərləri Materials 11 Dekabr 2010 13:10 (UTC +04:00)
İranda meşə yanğınları çoxalıb. Belə ki, yanğınlar İranın şimal, şimal-şərq və qərb regionlarında davam edir.
İranda meşə yanğınları çoxalıb

İranda meşə yanğınları çoxalıb. Belə ki, yanğınlar İranın şimal, şimal-şərq və qərb regionlarında davam edir. Məlumatı İranın ILNA xəbər agentliyi yayıb.

Məlumata əsasən, genişmiqyaslı yanğınlar əsasən Mərivan, Gülüstan və Simnan əyalətindəki meşələrdə baş verib. Yanğınsöndürənlər yanğını nəzarətə almaqda çətinlik çəkirlər.

Xəzər dənizinin cənub-şərqində yerləşən Gülüstan əyalətində isə meşə yanğınları noyabrın 18-dən başlayıb. 600 işçi qüvvəsi və 8 vertolyot yanğını söndürməyə çalışsa da, mümkün olmayıb.

Bundan öncə İranın Meşələrin Mühafizəsi Təşkilatının mühafizə briqadasının komandiri general Tağı İrəvani "Gülüstan meşələrində yanğını söndürmək məqsədilə Rusiyadan yardım istənilibmi" sualının cavabında bu məsələ ilə ölkənin Daxili İşlər Nazirliyinin məşğul olduğunu demişdi.

Xəbər lenti

Xəbər lenti