...

Salehi rəsmən İran XİN rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilib

Dünya xəbərləri Materials 18 Dekabr 2010 11:49 (UTC +04:00)
Şənbə günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi rəsmən İran xarici işlər nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.
Salehi rəsmən İran XİN rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilib

Şənbə günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi rəsmən İran xarici işlər nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib. Məlumatı Press TV yayıb.

İnauqurasiya mərasimi İran XİN-də keçirilib.

2005-ci ildən ölkənin xarici işlər naziri olan Mənuçöhr Müttəki İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhiminin və nazirliyin nümayəndələrinin iştirak etdikləri mərasimdə iştirak etməyib.

Bazar ertəsi İran Prezidenti Mahmud Əhmədinejad Müttəkinin xarici işlər naziri vəzifəsindən azad edilməsi və Salehinin nazirin səlahiyyətlərini icraçısı təyin olunması haqqında fərman imzalamışdı.

Hazırda həm də vitse-prezident olan Salehi bundan əvvəl İranın Beynəlxalq Atom Enerjisi Agentliyində səfiri postunu tutub.

Xəbər lenti

Xəbər lenti