İranın Qərbi Azərbaycan əyalətinin cənubunda yerləşən Sərdəşt şəhərində yeddi nəfər "Əl-Qaidə" üzvü həbs olunub. Bu barədə məlumatı adını açıqlamayan rəsmiyə istinadən İRNA agentliyi yayır.
Anonim rəsminin dediyinə görə, bu şəxslər bir ay öncədən nəzarətdə olublar və sonda məhkəmə qərarı ilə həbs ediliblər.
"Həbs olunmuş şəxslər regionda vəhhabiliyi təbliğ edir, şiə və sünnilər arasında ixtilaf yaratmaq məqsədi ilə təbliğat aparırdılar", - anonim rəsmi deyib.
Onun sözlərinə görə, həbs olunmuş şəxslərdən vəhhabiliyi təbliğ edən xeyli sayta kitab, disk və digər vasitələr müsadirə olunub.