...

Diplomatlar Aİ, Çin və Rusiyanın nümayəndələrini İrana səfər etməməyə çağırırlar

Dünya xəbərləri Materials 6 Yanvar 2011 12:47 (UTC +04:00)
Aİ, Çin və Rusiya bu ay İstanbulda keçiriləcək danışıqlardan əvvəl İranın nüvə obyektlərinə baş çəkmək dəvətindən imtina etməlidirlər, belə ki, bu, BAEA-nın vəzifəsidir.
Diplomatlar Aİ, Çin və Rusiyanın nümayəndələrini İrana səfər etməməyə çağırırlar

Aİ, Çin və Rusiya bu ay İstanbulda keçiriləcək danışıqlardan əvvəl İranın nüvə obyektlərinə baş çəkmək dəvətindən imtina etməlidirlər, belə ki, bu, BAEA-nın vəzifəsidir. Qərb diplomatları belə hesab edirlər. Xəbəri Reyter agentliyi yayıb.

Aralarında adlarının açıqlanmasını istəməyən Avropa rəsmi şəxslərinin olduğu bir neçə Qərb diplomatı Nyu-Yorkda bildiriblər ki, Qərb Moskva və Pekini öz nümayəndələrini İrana göndərməkdən qətiyyətlə çəkindirir. Çünki bu, İranın nüvə proqramı ilə bağlı "altılığ"ın (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) birliyinə zərbə vura bilər.

"Əgər Rusiya, Çin və Avropa İttifaqı İranın dəvətini qəbul edərsə, biz məyus olarıq. Ola bilsin ki, kimsə oraya getmək istəyər, lakin biz birmənalı olaraq onların istəyini dəstəkləməyəcəyik, onları bu fikirdən daşındıracağıq", - yüksəkrütbəli Qərb diplomatı Nyu-Yorkda bildirib.

İranın nüvə proqramına dair danışıqların növbəti mərhələsi 14 aylıq fasilədən sonra 2010-cu ilin dekabrında Cenevrədə keçirilib. Növbəti mərhələ yanvarın sonlarında İstanbulda keçiriləcək.

Çərşənbə axşamı İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında deyib ki, İran Avropa dövlətlərinin, bəzi "5+1" ölkələrinin nümayəndələrini və bir neçə ölkənin səfirlərini İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl İran İslam Respublikasına səfər etməyə və ölkənin nüvə obyektlərinə baxış keçirməyə dəvət edib.

Digər dəvət olunanlar arasında iyunda İrana qarşı BMT-nin yeni sanksiyalarının əleyhinə səs verən Braziliya və Türkiyə var. ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi sanksiyalara səs verən ölkələr dəvət olunmayıblar.

Xəbər lenti

Xəbər lenti