...

Iranın Kürdüstan əyalətində terror aktı baş verib, 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Dünya xəbərləri Materials 3 Aprel 2011 11:01 (UTC +04:00)
İranın Kürdistan əyalətinin Mərivan şəhərində terror aktı baş verib, hadisədə 4 nəfər Kürdistan sərhəd komandalığının əməkdaşı həlak olub, 5 nəfər yaralanıb keçirələcək.
Iranın Kürdüstan əyalətində terror aktı baş verib, 4 nəfər ölüb, 5 nəfər yaralanıb

İranın Kürdistan əyalətinin Mərivan şəhərində terror aktı baş verib, hadisədə 4 nəfər Kürdistan sərhəd komandalığının əməkdaşı həlak olub, 5 nəfər yaralanıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə ötən gecə baş verib. Hələlik heç bir qrup terror aktının məsuliyyətini üzərinə götürməyib. Hadisədə həlak olan şəxslərin dəfn mərasimi bu gün Mərivan şəhərində

Bu son bir neçə həftə ərzidə İranın Kürdistan əyalətin baş verən terror aktlarından sayca dördüncisidir. Bundan öncə Sənəndəc şəhərində silahlı terror qrupu yol polisinə hücum etmişdi və bir nəfə Yol polisi əməkdaşı yaranmışdı.

Həmçinin martın 24-də də İranın Kürdistan əyalətində terror qrupu polisə hücum etmişdi. Bu hadisədən bir saat sonra digər bir terror aktında da polisə hücum olunmuşdu. Nəticədə iki polis həlak olmuşdu, ikisi isə yaralanmışdı. Terror aktının kim tərəfindən həyata keçirildiyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti