...

İran Prezidenti Ermənistana səfər edəcək

Dünya xəbərləri Materials 19 Dekabr 2011 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Müəzzi/

İran Prezidenti Mahmud Əhmədinejad dekabrın sonu-yanvarın əvvəllərində Ermənistana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə İranın "Asriran" saytı xəbər verib.

Əhmədinejad Ermənistana bu ölkənin prezidentinin dəvəti ilə səfər edəcək. Danışıqların gündəliyində ikitərəfli münasibətlərin müzakirəsi durur. Səfər iki günədək davam edə bilər.

İran Prezidenti Ermənistana hələ yazda səfər etməyi planlaşdırsa da, sonradan bu, təxirə salınmışdı.

Əhmədinejadla Serj Sarkisyanın son görüşü 2011-ci ilin martında Ermənistan prezidentinin Novruz bayramı ilə bağlı təntənələrdə iştirakı zamanı olub.

Xəbər lenti

Xəbər lenti