...

Şimali Kiprin keçmiş lideri Rauf Denktaş vəfat edib

Dünya xəbərləri Materials 14 Yanvar 2012 03:10 (UTC +04:00)
Şimali Kiprin keçmiş lideri Rauf Denktaş cümə günün axşamında 87 yaşında xəstəxanada vəfat edib.
Şimali Kiprin keçmiş lideri Rauf Denktaş vəfat edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Şimali Kiprin keçmiş lideri Rauf Denktaş cümə günün axşamında 87 yaşında xəstəxanada vəfat edib. Bu barədə Trend Kipr dövlət televiziyaya istinadən məlumat verir.

Dünən günün ilk saatlarından komaya düşən R. Denktaş daxili orqanlarındakı problemlərdən əziyyət çəkirdi.

Rauf Raif Denktaş 1924-cü il yanvarın 24-də Kiprin Pafos şəhərində anadan olub. 1948-ci ilə noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib.

Xəbər lenti

Xəbər lenti