...

İran səfiri Türkiyə XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 5 Aprel 2012 10:48 (UTC +04:00)
İranın Ankaradakı səfiri Bəhmən Hüseynpur dünən iranlı məmurlar tərəfindən Ankaranın ünvanına səsləndirilən tənqidlərlə bağlı izahat vermək üçün Türkiyə XİN-ə çağırılıb.
İran səfiri Türkiyə XİN-ə çağırılıb

Azərbaycan, Bakı, 5 aprel / Trend, müxbir A.Tağıyeva /

İranın Ankaradakı səfiri Bəhmən Hüseynpur dünən iranlı məmurlar tərəfindən Ankaranın ünvanına səsləndirilən tənqidlərlə bağlı izahat vermək üçün Türkiyə XİN-ə çağırılıb. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib. Trend-in məlumatına görə, xəbəri "Zaman" qəzeti yayıb.

Davudoğlu bildirib ki, İran hakimiyyətinin bəzi nümayəndələrinin Suriya məsələsində Türkiyənin tutduğu mövqe, xüsusilə də Ankaranın ABŞ-ın göstərişi ilə hərəkət etməsində ittiham olunması ilə bağlı fikirlərinə görə narahatlığının ifadə etmək üçün İranın XİN-in rəhbəri Əli Əkbər Salehi ilə əlaqə saxlayıb.

Bir müddət əvvəl İran Parlamentinin spikeri Əli Laricani Türkiyədə bu günlərdə "Suriyanın dostları" konfransının keçirilməsini tənqid edib. Parlamnetin xarici məsələlər üzrə komitəsinin rəhbəri Ələddin Burucərdi də Ankaranı kəskin tənqid edib. Bəzi iranlı məmurlar Tehranla İranın nüvə proqramına dair altılıq qrupu ilə danışıqların İstanbulda keçirilməsinin əleyhinə çıxış ediblər.

Davudoğlunun sözlərinə görə, Salehi iranlı məmurların Türkiyə tərəfini qəzəbləndirən şərhlərinin rəsmi Tehranın mövqeyini əks etdirmədiyinə əmin edib.

Xəbər lenti

Xəbər lenti