...

Türkiyənin güclənməsi ilə Azərbaycan da fəxr edir – türkiyəli nazir

Dünya xəbərləri Materials 9 Aprel 2012 09:53 (UTC +04:00)
Türkiyənin güclənməsi təkcə türklər deyil, bizim Azərbaycandakı, Krım və Bosniyadakı qardaşlarımız üçün də qürur mənbəyidir.
Türkiyənin güclənməsi ilə Azərbaycan da fəxr edir – türkiyəli nazir

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin güclənməsi təkcə türklər deyil, bizim Azərbaycandakı, Krım və Bosniyadakı qardaşlarımız üçün də qürur mənbəyidir. Bu barədə Türkiyənin Aİ ilə əlaqələr üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri Türkiyə KİV-i yayıb.

"Türkiyənin uğurları bütün müsəlman xalqlarının və regionun bütün xalqlarının uğurudur", - Baxış qeyd edib.

Nazir habelə Slovakiya Ali Məhkəməsinin sədri Stefan Xarabinin Türkiyənin yüksək rütbəli məmurlarından kiminsə Slovakiya ərazisində "erməni soyqırımı"nı inkar edəcəyi halda dərhal məsuliyyətə cəlb ediləcəyinə dair dediklərinə cavab verib.

"Slovakiyalı məmur tarixi saxtalaşdırmaqdansa, reallığa baxsa yaxşı olardı", - Baxış deyib.

Xəbər lenti

Xəbər lenti