...

BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi Türkiyənin Hatay vilayətinə gəlib

Dünya xəbərləri Materials 10 Aprel 2012 15:14 (UTC +04:00)
BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Türkiyənin ərazisində yerləşdirilən suriyalı qaçqınların vəziyyəti ilə tanış olmaq üçün bu ölkənin Hatay vilayətinə gəlib.
BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi Türkiyənin Hatay vilayətinə gəlib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Tağıyeva/

BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Türkiyənin ərazisində yerləşdirilən suriyalı qaçqınların vəziyyəti ilə tanış olmaq üçün bu ölkənin Hatay vilayətinə gəlib. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bir gün əvvəl Suriya ordusu Türkiyəyə qaçmaq istəyən müxalifətçilərə atəş açıb. İki ölkə sərhədində baş verən insident nəticəsində 2 Suriya vətəndaşı öldürülüb, 11 nəfər isə xəsarət alıb.

Son məlumatlara görə, Türkiyə ərazisindəki suriyalı qaçqınların sayı 25 min nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti