...

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdiriləcək

Dünya xəbərləri Materials 16 Aprel 2012 13:28 (UTC +04:00)
İyulun 1-dək, yəni Kipr Respublikasının (Kiprin yunan hissəsi) Avropa İttifaqında sədrliyinin başlamasına qədər Kipr məsələsi həll edilməsə, Şimali Kipr Türk Cümhuriyyəritinin adı dəyişdirilərək Kipr Türk Respublikası olacaq.
Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdiriləcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Tağıyeva/

İyulun 1-dək, yəni Kipr Respublikasının (Kiprin yunan hissəsi) Avropa İttifaqında sədrliyinin başlamasına qədər Kipr məsələsi həll edilməsə, Şimali Kipr Türk Cümhuriyyəritinin adı dəyişdirilərək Kipr Türk Respublikası olacaq. Bu barədə bazar ertəsi Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Bundan sonra Şimali Kipr dövlətin yeni adla tanınması üçün beynəlxalq ictimaiyyətə müraciət edəcək.

Qəzetin məlumatına əsasən, adın dəyişdirilməsindən sonra Şimali Kiprin İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri tərəfindən tanınması gözlənilir.

Xəbər lenti

Xəbər lenti