...

BAEA-nın rəhbəri Ermənistana gəlir

Dünya xəbərləri Materials 18 Aprel 2012 10:12 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano aprelin 18-19-da Ermənistana gələcək və Ermənistan AES-ə baş çəkəcək.
BAEA-nın rəhbəri Ermənistana gəlir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano aprelin 18-19-da Ermənistana gələcək və Ermənistan AES-ə baş çəkəcək. Bu barədə Ermənistan Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yukiya Amanonun səfəri çərçivəsində onun Ermənistan Prezidenti Serj Sarkisyan, Baş nazir Tiqran Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və energetika və təbii ehtiyatlar naziri Armen Movsisyanla görüşləri planlaşdırılır. Trend-in məlumatına görə, xəbəri Novosti-Armeniya yazır.

Xəbər lenti

Xəbər lenti