...

Hüquq müdafiəçiləri Ermənistan hakimiyyətini hücumlara fürsət verməkdə təqsirləndirirlər

Dünya xəbərləri Materials 20 Aprel 2012 13:44 (UTC +04:00)
2012-ci il aprelin 16-da Yerevanda Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə hücum edilib. Hücuma səbəb Azərbaycan filmləri festivalının keçirilməsi üçün ofisə məkan verilməsi olub.
Hüquq müdafiəçiləri Ermənistan hakimiyyətini hücumlara fürsət verməkdə təqsirləndirirlər

Azərbaycan, Bakı, 20 aprel /Trend/

2012-ci il aprelin 16-da Yerevanda Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə hücum edilib. Hücuma səbəb Azərbaycan filmləri festivalının keçirilməsi üçün ofisə məkan verilməsi olub. Bu barədə cümə günü Trend "Armenia Today"ə istinadən məlumat verir.

Təqribən 200 nəfər təşkilatın ofisini əhatə edərək Azərbaycan filmlərinin nümayiş etdirilməsi üçün məkanın təqdim edilməməsini tələb edib. Onların bir hissəsi ofisə daxil olaraq əməkdaşları təhdid və təhqir edib. Ofisin ətrafına toplaşanlar binaya tərəf yumurta və daş atıblar. Nəticədə ofisin şüşələri sındırılıb və təşkilatın bir əməkdaşı xəsarət alıb.

Halbuki təşkilatın əməkdaşları dərhal insident haqqında telefonla polisi xəbərdar ediblər. Bundan başqa, hücum zamanı ərazidə bəzi polis işçiləri olub, lakin onlar Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin əməkdaşlarının toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsi və əmlakının mühafizəsi üzrə heç bir tədbir görməyiblər.

Bir neçə gün əvvəl oxşar insident Gümrüdə baş verib. Həmin insident zamanı bir qrup vətəndaş zorakılıq və təhdidlərin köməyilə Azərbaycan filmləri festivalının keçirilməsi üçün "Asparez" Jurnalistlər Klubu" İctimai Təşkilatına məkanın təqdim edilməsinə mane olublar.

"Görünür ki, bu iki mitinq təşkil olunub və əlaqələndirilib. Bunu ərazi idarə orqanları nümayəndələrinin festivali keçirməmək tövsiyələri və polisin Vanadzorda etiraz aksiyasının təşkilinə görə təşəkkür müraciəti təsdiq edir. Belə hadisələr nəticə çıxarmağa imkan verir ki, hakimiyyət ən azından bu nümayişlərə himayədarlıq edib" , - hüquq müdafiəçilərinin bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti