...

İranın quru qoşunları komandanı ordunun hazırlığı barədə ayətullah Xamneyiyə məlumat verib

Dünya xəbərləri Materials 23 Aprel 2012 10:33 (UTC +04:00)
İslam inqilabının ali dini lideri Seyid Əli Xamneyi Ordu Günü münasibətilə bazar günü Tehranda İİR SQ-nin quru qoşunları komandanı ilə görüşüb.
İranın quru qoşunları komandanı ordunun hazırlığı barədə ayətullah Xamneyiyə məlumat verib

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir E.Tariverdiyeva/

İslam inqilabının ali dini lideri Seyid Əli Xamneyi Ordu Günü münasibətilə bazar günü Tehranda İİR SQ-nin quru qoşunları komandanı ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verib.

Quru qoşunları komandanı Əhməd Rza Pourdastan Xamneyiyə quru qoşunlarının döyüş hazırlığı, onun möhkəmləndirilməsi, orduda son uğurlar və yeniliklər barədə məlumat verib.

İran Silahlı Qüvvələri nizami ordudan, İslam İnqilabı Keşikçiləri Korpusundan (Sepah), bəsiclərdən (könüllülər) və hüquq-mühafizə strukturlarından ibarətdir. Onların hamısı dini liderin komandanlığı altındadırlar.

İranın xarici düşmənlərdən müdafiəsi quru, dəniz və hava qüvvələrindən formalaşan ordunun və Sepah-ın birgə vəzifəsidir.

Xəbər lenti

Xəbər lenti