...

İranda parlament seçkilərində pozuntu qeydə alınmayıb – DİN rəhbəri

Dünya xəbərləri Materials 4 May 2012 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.Tariverdiyeva, T. Cəfərov/

Hələlik parlament seçkilərinin ikinci turu zamanı heç bir pozuntu qeydə alınmayıb. Trend-in IRIB News-a istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.

Nəccar qeyd edib ki, ölkənin seçki komissiyası seçki prosesini diqqətlə izləyir, habelə qubernatorlara, rəhbərlərə və həmkarlara səylərinə görə təşəkkürünü bildirir. O bildirib ki, səsvermə qanuna uyğun keçirilir.

İranda parlament seçkilərin ikinci turu çərçivəsində səsvermə cümə günü yerli vaxtla səhər saat 08:00-da başlayıb və saat 18:00-dək davam edəcək. Qanuna müvafiq olaraq, seçki məntəqələri 10 saat ərzində açıq olmalıdır. Ehtiyac yaranarsa, daxili işlər naziri səsvermənin vaxtını uzada bilər.

Parlament seçkilərinin ikinci turunda 33 seçki dairəsindən 130 namizəd iştirak edir. Lakin iddiaçıların yalnız yarısı parlamentə düşəcək.

Parlamentin yeni çağırışının ilk iclasının Qəməri tarixi ilə 1391-ci il xordad ayının yeddisində (2012-ci il 27 may) keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti