...

İstanbul körpüsü qəzalı vəziyyətdədir

Dünya xəbərləri Materials 22 May 2012 14:16 (UTC +04:00)
İstanbulda "Qızıl buynuz" körfəzinin üzərindən keçən dörd körpüdən biri olan Halic körpüsündə çərşənbə axşamı zədə aşkar olunub.
İstanbul körpüsü qəzalı vəziyyətdədir

Azərbaycan, Bakı, 22 may / Trend, müxbir A.Tağıyeva /

İstanbulda "Qızıl buynuz" körfəzinin üzərindən keçən dörd körpüdən biri olan Halic körpüsündə çərşənbə axşamı zədə aşkar olunub. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Körpünün bölmələrindən birinin uçması təhlükəsi səbəbindən orada hərəkət dayandırılıb. İndi hadisə yerində körpünün möhkəmləndirilməsi üçün tədbirləri müəyyənləşdirmək məqsədilə mütəxəssislər çalışır.

"Qızıl buynuz" körfəzi üzərindən dörd körpü keçir: Qalat, Köhnə Qalat köprüsü (istismar olunmur), Atatürk körpüsü və Halic körpüsü. Beləliklə, hazırda İstanbulun iki hissəsi arasında körfəzin hər iki tərəfinə gediş-gəliş cəmi iki körpü vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti