...

İƏT-in baş katibi İraqdakı terror aktlarını pisləyib

Dünya xəbərləri Materials 11 Sentyabr 2012 11:55 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu İraqda 60-dan artıq insanın ölümünə səbəb olan son terror aktlarını pisləyib.
İƏT-in baş katibi İraqdakı terror aktlarını pisləyib

Azərbaycan, Bakı, 11 sentyabr / \Trend, müxbir R.Hafizoğlu/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu İraqda 60-dan artıq insanın ölümünə səbəb olan son terror aktlarını pisləyib. Bu barədə çərşənbə axşamı təşkilatdan Trend-ə verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, İƏT-in baş katibi İraqdakı bütün siyasi qüvvələri ziddiyyətləri unutmağa və İraq xalqının maraqlarına xidmət edəcək vahid fikrə gəlməyə çağırıb.

Bazar günü İraqın müxtəlif hissələrində ard-arda baş vermiş partlayışlar zamanı ən azı 60 nəfər həyatını itirib.
Ümumilikdə 16 terror aktı törədilib. Ən çox insanın həyatına son qoyan terror aktı isə ölkənin şimalında yerləşən Kərkük şəhərində baş verib. Orada ən azı 11 nəfər həlak olub, 17-si xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti