Azərbaycan, Bakı, 4 iyun / Trend /
Ölkədə nüvə silahının istehsalının qarşısını alınması üçün ABŞ İran barəsində əlavə sanksiyaları tədbiq edib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ ev bildirib.
Qəbul edilmiş tədbirlərə əsasən, İran rialını alan və ya satan, bu valyutada hesabları olan maliyyə institutları sanksiyalara məruz qalacaq.
Həmçinin yeni sanksiyalarının hədəfi İran avtomobil sənayesi- minik avtomobillərinin, yük maşınlarının, avtobusların, motosikllərin istehsalı ilə bağlı malların və xidmətlərin təchizi olub.