...

İran Dünya Bankına borcunu ödəmir

Dünya xəbərləri Materials 19 İyul 2013 07:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İran artıq yarım ildən çoxdur ki, Dünya Bankına öz borcunu ödəmir, bu isə öz növbəsində İranın iqtisadiyyatında problemlərin artmasına dəlalət edir. Trend-in İTAR-TASS agentliyinə istinadən, bu barədə cümə axşamı DB-in nümayəndələri bildiriblər.

Onlar tərəfindən bildirilmiş məlumata əsasən, Tehranın borcu iyunun 30-na 697 milyon dollar təşkil edib. Bu halda gecikdirilmiş borcun miqdarı 79 milyon dollara bərabər olub.

Dünya Bankı İranı öz nüvə proqramlarının xarakterini tamamilə aydınlaşdırmağa imtina etməsinə və bununla da bir sıra beynəlxalq və birtərəfli iqtisadi sanksiyalar qüvvədə olmasına görə, borclu dərəcəsinə keçirib və bu o deməkdir ki, DB İran tərəfindən mövcud problemlər həll olunmayana qədər, yeni borclar verməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti