...

"Türk Hava Yolları"nın Livanda oğurlanan pilotlarının yeri müəyyənləşib

Dünya xəbərləri Materials 20 Avqust 2013 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend müxbir A.Tağıyeva/

"Türk Hava Yolları"nın Livanın paytaxtı Beyrutda oğurlanan pilotlarının yeri müəyyənləşib.

Trend-in "Anadolu" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bülent Arınc bildirib: "Biz pilotların yerini müəyyənləşdirmişik və bilirik ki, onların səhhətinə heç bir təhlükə yoxdur".

Baş nazirinin müavinin sözlərinə görə, Türkiyə onların tezliklə azad olunması üçün bütün səylərini göstərir, lakin azad olunacağı tarix hələ müəyyənləşməyib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti