...

Ştefan Füle: Azad ticarət Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-yə ixracını ikiqat artırmağa qadirdir

Dünya xəbərləri Materials 28 Noyabr 2013 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Assosiasiya haqqında sazişin hissəsi olan azad ticarət barədə saziş Şərq Tərəfdaşlığı ölkələrindən Avropa İttifaqına (Aİ) ixracatın həcmini ikiqat artırmağa qadirdir. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumat görə, bunu Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle deyib.

Ş.Füle bildirib: "Bu, o deməkdir ki, ixracat indiki təqribən 35 milyarddan 70 milyarddan çox məbləğədək artacaq".

Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələrinə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti